Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 11-ci turu çərçivəsində "Gənclər" və "Xilasedici" komandaları qarşılaşıblar.

Abşeron OİK-də təşkil olunan görüş qonaq komanda "Xilasedici"nin quru hesablı qələbəsi ilə yekunlaşıb.


Yüksək Liqa

29 yanvar 

XI tur

   “Gənclər” – “Xilasedici” 0:3 (18:25, 18:25, 14:25)