Ölkə birinciliyində daha bir oyun baş tutub
- 19 Noy 2025 21:00
- 26
Qadın voleybolçuların Yüksək Liqasında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün III tur çərçivəsində UNEC - “AZERRAIL” oyunu keçirilib.
UNEC VK-nın idman zalında təşkil olunan qarşılaşma ev sahibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun növbəti oyunları 20-21 noyabr tarixlərində keçiriləcək.
Yüksək Liqa (qadınlar)
III tur
19 noyabr
UNEC - “AZERRAIL” 3:0 (25:20, 25:18, 25:21)