Azərbaycan Badminton Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 17 yaşadək badmintonçular arasında ölkə birinciliyinə yekun vurulub.

Rekord.az xəbər verir ki, yarışda 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib.

Mükafatçılar aşağıdakı kimi sıralanıb:

Şəxsi
Oğlanlar: 1. Sərxan Bağırov, 2. Hüseyn Mirələmov, 3. Əli Gözəlov.
Qızlar: 1. Həcər Nuriyeva, 2. Leyla Camalzadə, 3. Fatimə Həsənzadə.

Qoşa
Oğlanlar: 1. Sərxan Bağırov - Əli Gözəlov, 2. Fazil Quliyev - Hüseyn Mirələmov, 3. Binnət Məmmədli - Ömər Teymurlu.
Qızlar: 1. Həcər Nuriyeva - Nərmin Hüseynova, 2. Leyla Camalzadə - Mədinə Nağıyeva, 3. Fatimə Həsənzadə - Nigar Səmədova.

Qarışıq qoşa
1. Sərxan Bağırov - Həcər Nuriyeva, 2. Əli Gözəlov - Leyla Camalzadə, 3. Fazil Quliyev - Nigar Səmədova.

Qeyd edək ki, ilk 3 yerin sahibləri diplom və medallarla təltif olunublar.