42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibi Samuel Şenklend dekabrın 17-24-də Bakıda təşkil olunacaq “Vüqar Həşimov Memorial - 2022”də iştirak edəcək.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Şenklend bunun üçün artıq Bakıya gəlib.

Turnirdə 7 ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.

42-ci Ümumdünya Şahmat Olimpiadasına 2016-cı ildə Bakı ev sahibliyi edib.