
"Old-Trafford"da rekord FOTOLAR
- 28 Mar 2022 18:00
- 587
"Mançester Yunayted"in qadın komandası “Old Trafford”da ikinci oyununu keçirib.
Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, klub Superliqada "Everton"la görüşü sözügedən stadionda oynayıb. Matç "qırmızı şeytanlar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə komanda turnir cədvəlində 3-cü yerdə möhkəmlənib.
“Qırmızı şeytanlar”ın qadınlardan ibarət komandası ilk dəfə “Old Trafford”da azarkeşlər qarşısında çıxış edib. Qadınların "Vest Hem Yunayted"lə ilk arena matçı bir il əvvəl koronavirus məhdudiyyətlərinə görə boş tribunalar qarşısında keçirilmişdi.
"Mançester Yunayted" - "Everton" görüşünü stadiondan 20 min 241 azarkeş izləyib. Bu, “Mançester Yunayted”in qadınlardan ibarət komandasının tarixində rekord göstərici olmaqla yanaşı, Superliqada bu mövsüm üçün ən yaxşı nəticədir.