07 aprel 2023-cü il tarixdə E.Abdullayev adına Oğuz şəhər 2 N-li tam orta məktəbdə Oğuz rayon Gənclər və İdman İdarəsinin və Oğuz rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyunun rayon mərləhələsi keçirilib.

Rekord.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər.Daha sonra tədbirin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində gənclər idman idarəsinin rəisi müavini Şaiq Rüstəmov və Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Tədbirdə həmçinin SHXÇDX-nin və FHN-nin Oğuz bölməsinin əməkdaşları iştirak ediblər.

7 komandanın iştirakı ilə baş tutan rayon mərhələsində birinci yeri Nail İbrahimli adına Oğuz şəhər 3 N-li məktəb-liseyin komandası tutaraq zona mərhələsində iştirak hüququ əldə edib.

Oğuz şəhər 2 N-li tam orta məktəbin komandası ikinci, Şəhər 1 N-li məktəbin komandası isə üçüncü yerin sahibi olublar. Qaliblər Oğuz rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.