
Oğlanlardan ibarət yığmamız da MDB Oyunlarına qələbə ilə başladı
- 20:39
- 48
III MDB Oyunlarında voleybolçu oğlanların mübarizəsinə start verilib. "Rekord.az" xəbər verir ki, bu gün Gəncə İdman Sarayında iki görüş baş tutub.
İlk olaraq Rusiya və Özbəkistan komandaları meydana çıxıblar. Oyun rusiyalı voleybolçuların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün növbəti qarşılaşmasında Azərbaycan və Qırğızıstan yığmaları üz-üzə gəliblər. Gərgin keçən bu görüşdə millimiz 3:1 hesabı ilə qalib gəlib.
III MDB Oyunları
30 sentyabr (Gəncə İdman Sarayı)
Rusiya - Özbəkistan 3:1 (23:25, 25:22, 25:16, 25:19)
Azərbaycan - Qırğızıstan 3:0 (25:16, 25:20, 30:28)