Qış transfer dönəmində “Keşlə”yə transfer olunan Natan Oduvaya yeni müqavilə təklif olunacaq.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb futbolçunun tədricən forma yığması və özünü yaxşı tərəfdən göstərməsidir.

Məhz bu səbəbdən mövsümün sonunda ona 1 illik müqavilə təklif olunacağı gözlənilir.

Qeyd edək ki, Oduva hazırda “Keşlə”də icarə əsasında oynayır və müqaviləsinin müddəti mövsümün sonuna qədərdi.