Natan Oduva böyük ehtimalla növbəti mövsümdə də "Turan Tovuz"un formasını geyinəcək.

Rekord.az xəbər verir ki, futbolçu klubn tərəfindən ona təklif olunan yeni müqaviləyə müsbət cavab verməkdə tərəddüt eləmir.

Komandada özünü çox yaxşı hiss edir, üstəlik, azarkeşlər də onu çox sevir. Bundan başqa, komandaya yeni sponsorun gəlişi və növbəti mövsümdən daha iddialı olacağı da futbolçunun qərarına təsir edib. Güman ki, mövsümün sonunda tərəflər arasında yeni müqavilə imzalanacaq.