
Oduva “Keşlə”dən gedəcək ÖZƏL!
- 25 Apr 2022 17:00
- 773
Qış fasiləsindən sonra “Keşlə”yə gələn Natan Oduva qısa zamanda özünü yaxşı tərəfədən göstərə bildi.
Rekord.az xəbər verir ki, bu yaxınlarda adını dəyişərək “Şamaxı” olan bu klubun oyunlarında sözügedən futbolçu xüsusi seçilir.
Oduva klubla mövsümün sonuna kimi müqavilə bağlayıb. Əldə etdiyimiz məlumata görə, “Şamaxı” Oduvanın klubda qalmasının tərəfdarıdır və ona yeni müqavilə təklif etməyə hazırlaşır. Lakin futbolçu özü “Şamaxı”da qalmaq istəmir. Klubdakı atmosfer və onun iddiasız olması futbolçunun qərarına təsir edib.