
Oblak Qodinin rekordunu təkrarladı
- 03 Apr 2023 19:45
- 329
“Atletiko” İspaniya La Liqasının 27-ci turunda “Betis”i 1:0 hesabıyla məğlub edib.
Rekord.az xəbər verir ki, bu qarşılaşma “hindular”ın qapıçısı Yan Oblak üçün əlamətdar olub.
O, Madrid təmsilçisinin heyətində 389-cu matçına çıxıb. Beləliklə, sloveniyalı qolkiper paytaxt klubunun sabiq futbolçusu Dieqo Qodinin rekordunu təkrarlayıb.
“Atletiko” hazırda İspaniya çempionatının turnir cədvəlində 54 xalla üçüncü pillədədir.