Pyer-Emerik Obameyanq "Borussiya"ya qayıda bilər.

Rekord.az xəbər verir ki, futbolçunun mövsümün sonunda "Çelsi"dən ayrılacağı gözlənilir.

London klubunda özünü göstərə bilməyən futbolçu özü də daimi oynayacağı kluba keçmək istəyir. Bu durumdan istifadə edən Dortmund təmsilçisi də sabiq futbolçunu geri qaytarmaq istəyir. Təbii ki, bu məsələdə futbolçunun özünün də istəyi olmalıdır.