"Nyukasl" aparıcı futbolçularından olan Kiran Tripperlə yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, yeni müqavilənin müddəti 2025-ci ilin yayına qədərdi.
Qeyd edək ki, 32 yaşlı müdafiəçi "Nyukasl"a 2022-ci ilin yanvarında "Atletiko"dan gəlmişdi.