Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş şahmat idman növü üzrə məktəblilər arasında turnir keçirilib.

Rekord.az xəbər verir ki, maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlarda rayonun orta ümumtəhsil məktəblərinin şahmatçıları güclərini sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən ilk üç yeri tutan zəka sahibləri təşkilat komitəsinin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclər arasında şahmat idman növünün kütləviliyinin artırılması, məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsidir.