
Növbəti mövsüm çempionatda komanda sayı artmayacaq?
- 28 Dek 2022 13:00
- 519
“Premyer Liqada gələn mövsüm komanda sayının artacağına inanmıram”.
Rekord.az xəbər verir ki, bunu "report"a müsahibəsində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Azərbaycan Premyer Liqasında komanda sayının mümkün artımı ilə bağlı danışarkən deyib.
Qurum rəhbəri bunun baş vermə ehtimalının az olduğunu etiraf edib. 2022-2023 mövsümündə elitada klub sayının 8-dən 10-a çatdırıldığını xatırladan E. Səmədov bu ənənənin davamının çətin göründüyünü vurğulayıb: “Çünki ortada infrastruktur məsələləri var. Komanda tapmaq olar. Sadəcə, onun harada, hansı şərtlərdə çıxış etməsi vacibdir. Mövsümün gedişində problem yaranmasını istəmirik. Ancaq gələcəkdə bu sayın 14, 16, hətta 20 olmasını arzulayırıq”.