
Növbəti Azərbaycan qran-prisinin tarixi açıqlandı
- 10 İyn 2025 15:20
- 64
2026-cı ildə təşkil olunacaq Formula 1 üzrə Azərbaycan qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.
Rekord.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası və Formula 1 təşkilatçıları növbəti ilin təqvimini açıqlayıblar.
Bakıdakı yarış sentyabrın 25-27-si aralığında gerçəkləşəcək.
2026-cı ildə Formula 1 təqvimi yenə 24 mərhələdən ibarət olacaq. Bu il Azərbaycan qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.