İyun ayının 22-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə növbəti antidopinq-maarifləndirici seminarı keçirilib.

Rekord.az xəbər verir ki, idmançılara Ümumdünya Antidopinq sistemi, Antidopinq Qayda Pozuntuları və Dopinq Nəzarəti Prosesi haqqında ətraflı məlumat verilib.

Ağır atletika üzrə yığma komandaların üzvlərinin iştirak etdiyi seminar zamanı dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə edilib, nümunələrin toplanmasından laboratoriya təhlilinə qədər dopinq nəzarəti prosesinin hərtərəfli aspektləri idmançıların diqqətinə çatdırılıb.

İdmançılara 11 antidopinq qayda pozuntusu (AQP) haqda ətrafli məlumat verilib, qayda pozuntuları barəsində bilikli olmağın ilk növbədə idmançının məsuliyyəti olduğu bildirilib, onların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri qeyd olunub.