Niderland millisi 118 illik tarixində antirekord müəyyənləşdirib.

Rkeord.az xəbər verir ki, bu, onların Xorvatiya yığma komandasına əlavə vaxtda 2:4 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının yarımfinal matçına təsadüf edib.

"Narıncılar" ilk dəfə öz meydanlarında rəsmi oyunda dörd qol buraxıblar.

Xatırladaq ki, "Dördlər finalı" Niderlandda təşkil olunur. Bu gün digər yarımfinal görüşündə İtaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Final qarşılaşması iyunun 18-də gerçəkləşəcək.