
Neymarın gələcəyindən danışdı
- 24 İyl 2022 14:00
- 516
PSJ-nin baş məşqçisi Kristof Qaltye Neymarın Paris klubundakı gələcəyindən danışıb.
Rekord.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, o, braziliyalı hücumçu ilə bağlı deyib: "Neymar komandadan razıdır, mövsümöncəsi hazırlıqda yaxşı çıxış edir. Transfer pəncərəsi zamanı nə olacağını bilmirəm, onunla bu məsələni təkbətək müzakirə etməmişəm. Amma deyəsən, insanların onun haqqında dediklərinə əhəmiyyət vermir. Neymar məmnuniyyətlə məşq edir".
Qeyd edək ki, Neymar klub rəhbərliyinə PSJ-də qalmaq istədiyini açıqlayıb.