
Neymarın ABŞ arzusu
- 22 Fev 2022 21:31
- 685
PSJ-nin hücumçusu Neymar gələcək planları haqda danışıb.
Rekord.az xəbər verir ki, Neymar karyerasını vətənində bitirməyi düşünür.
Amma ona qədər ABŞ-da da oynamq istəyir: “Yenidən “Santos”da oynamaq istəyirəm. Evdəki matçlar, bu gözəl stadion üçün darıxıram.
Ən azı bir mövsüm də ABŞ-da keçirmək istəyirəm. Orada qısa çempionat, 3-4 aylıq məzuniyyət var”.
30 yaşlı Neymar "Santos"un yetirməsidir. O, 2013-cü ildə "Barselona"ya keçib.
İspan klubunda 2017-ci ilə qədər oynayıb, 186 matç keçirib, 105 qol vurub və 76 məhsuldar ötürmə verib. “Barselona” 2017-ci ildə PSJ-yə keçən futbolçuya görə rekord məbləğdə - 222 milyon avro alıb.