PSJ-in braziliyalı hücumçusu Neymar "Liverpul" və "Valensiya"nın sabiq futbolçusu Fabio Aurelioya sərt cavab verib.

Rekord.az xəbər verir ki, Aurelio Neymarın "Qızıl top"u qazana bilməyəcəyini bildirib.

O iddia edib ki, Neymar üçün futboldan daha vacib olan məsələlər var. Sabiq “Barselona”lı ulduzun cavabı belə olub:

“Ağızlarını açıb, boş-boş danışan keçmiş oyunçulardan bezmişəm.

Onun beş dəqiqəlik müsahibəsi var və dediyi hər şey başqalarının həyatı haqqındadır. Tənqid etmək istəyirsənsə, tənqid et. Amma belə boşboğazlıq etmək olmaz”.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm Liqa 1-də 18 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.