
Neymara düşmən kəsilənlər
- 24 Fev 2022 14:30
- 518
PSJ-nin hücumçusu Neymar Avropanın ilk beş liqasında ən çox kobudluq edilən oyunçudur.
Rekord.az xəbər verir ki, "BeSoccer Pro"nun araşdırmasına görə, braziliyalı futbolçu 2016-cı ildən bəri 1040 dəfə kobud oyuna məruz qalıb.
Bu göstəricidə ikinci yeri PSJ-nin digər oyunçusu Lionel Messi (839) tutur.
Üçüncü yeri hərəyə 747 qayda pozuntusu ilə Andrea Belotti ("Torino") və Cek Qriliş ("Mançester Siti") bölüşürlər.