Neymar uzun müddətdən sonra het-trik etdi
- 16:15
- 20
Braziliyanın "Santos" klubunda çıxış edən Neymar uzun müddətdən sonra het-trik edib.
Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu A Seriyasının 37-ci turunda "Yuventude"ni məğlub etdikləri matçda (3:0) bütün qolların müəllifi olub.
Forvard sonuncu dəfə 2022-ci ilin aprelində, Fransa təmsilçisi PSJ-də çıxış edərkən "Klermon"la qarşılaşmada bunu bacarıb.
Neymar bu mövsüm "Santos" forması ilə 29 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl onun sol dizindən zədə aldığı və bu səbəbdən mövsümün qalan hissəsini buraxacağı deyilirdi. Lakin oyunçu sonradan zədəsinin ciddi olmadığını bildirib.