
Neymar Pelenin dəfninə getmədi
- 03 Yan 2023 11:43
- 412
Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar dünya futbolunun əfsanəsi Pelenin dəfn mərasiminə getməyib .
Rekord.az "RMC Sport"a istinadən xəbər verir ki, üçqat dünya çempionu ilə vida mərasimi bu gün Santos stadionunda keçirilir.
Daha əvvəl PSJ-nin hücumçusunun Braziliyaya uçduğu və dəfn mərasimində iştirak edəcəyi bildirilirdi . Lakin Neymar Fransada qalıb. O, bu gün Paris klubunun məşqində iştirak edib. Dünən futbolçu cəza səbəbindən PSJ-də Liqa 1-də "Lans"la (1:3) matçda oynamayıb.
Xatırladaq ki, braziliyalı Pele dekabrın 29-da dünyasını dəyişib