
Neymar 100-ə çatdı
- 19 Sen 2022 18:46
- 394
PSJ Fransa çempionatının 8-ci turunda səfərdə Lion “Olimpik”inə 1:0 hesabı ilə qalib gəlib.
Rekord.az xəbər verir ki, braziliyalı hücumçu Neymar üçün bu matç Liqa 1-də 100-cü olub.
30 yaşlı futbolçu bu oyunlarda 77 qola imza atıb, 46 məhsuldar ötürmə müəllifi olub.
Neymar bu mövsüm Liqa 1-də 8 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.