“Mançester Yunayted”in sabiq kapitanı Qari Nevill "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasının 37-ci turunda “Çelsi” ilə heç-heçə (1:1) etdiyi matç haqda fikirlərini bildirib.

Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, 47 yaşlı veteran futbolçu Mançester təmsilçisinin məğlub olmağa layiq olduğunu deyib: "İş əxlaqı baxımından gənc futbolçulara çox pis nümunə göstərdilər. Bu oyunçular yüksək məbləğdə maaş alırlar, amma meydanda gəzirlər. Mən onlardan utanıram”.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada  turnir cədvəlində 6-cı yerdədir.

Xatırladaq ki, Nevill futbolçu karyerası ərzində 1992-2011-ci illərdə Mançester klubunda oynayıb.