"İmişli"nin baş məşqçisi Xorxe Kaskilya Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 0:6 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:


“Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm. Bütün günahı, cavabdehliyi öz üzərimə götürürəm. Əlbəttə, məntiqli olaraq əhvalımız pisdir. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.


İki oyunda 11 qol buraxmışıq. Bir az gözlənilməzdir. Komandanın psixoloji durumu yaxşı idi. Bu qədər qol buraxacağımızı gözləmirdik. İki oyunun göstəricisi odur ki, biz erkən qollar buraxdıqdan sonra komanda emosional, köklənmə cəhətdən özünü itirir. "Sabah" və "Neftçi" kimi yüksək səviyyəli komandalar bundan istifadə edir. Buna baxmayaraq, futbolçularım əllərindən gələni edirlər. Həmin futbolçulardır oynayanlar. Sona qədər mübarizəmiz davam edəcək. Qarşıdakı fasilə bizə xeyirli olacaq ki, komanda bu cür məğlubiyyətlərdən sonra psixoloji olaraq özünə gələ bilsin. Biz toparlanacağıq, bərpa olacağıq və öz məqsədlərimizə doğru gedəcəyik”.