Nəriman Axundzadə “Ərzurumspor”a keçdi
- 00:00
- 19
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyə Super Liqası təmsilçisi "Ərzurumspor"da davam etdirəcək.
Rekord.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçunun yeni klubu sosial şəbəkə hesabında paylaşım edib.
Elita təmsilçisi azərbaycanlı futbolçunu bir mövsümlük icarəyə götürüb.
Nəriman Axundzadə bu ilin fevral ayında ABŞ-nin "Kolumbus Kru" klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində fərqlənə bilməyib.