Estoniyada yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatı keçirilib. “Rekord.az” xəbər verir ki, yarışda 15 yaşlı həmyerlimiz Nərgiz Süleymanova Almaniya bayrağı altında çıxış edib. O, qısa proqramda uğurlu çıxış edərək turnirin fərdi proqramlar mərhələsinə yüksəlib.

Nərgiz bu mərhələdə toplam 146.03 xalla 19-cu yeri tutub. Mütəxəssislər ilk dünya çempionatına çıxan Süleymanovanın ideal üçlü flip, həmçinin üçlü salxov və üçlü tulup kaskadını ideal yerinə yetirməsinə diqqət çəkiblər. Bu kaskadı iki dəfə etməyi bacaran qızımız bunu edə bilən cəmi 4 nəfərdən biri olub.

Qeyd etmək lazımdır ki, Almaniyanı təmsil etsə də, bu bir əslən azərbaycanlının fiqurlu konkisürmədə əldə etdiyi ən yüksək nəticədir. 

Nərgizin qısa proqramdakı çıxışının videoyazısını sizə təqdim edirik: