Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubunda ilk oyununa çıxıb. Nurlanın çıxış etdiyi komanda mövsümün açılış matçında paytaxtın digər təmsilçisi "Katmandu Rayzers"in qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Novruzov sonadək meydanda olub. Rekord.az xəbər verir ki, Nurlan Novruzov dübütü oyunu barədə sportinfo.az-a müsahibə verib

 

 

- Nurlan Nepalda ilk rəsmi oyununa çıxdın. Oyunundan razı qaldın?

- İlk oyun hər zaman ağır keçir. Həm də ilk dəfə komanda bir yerdə oyuna çıxırdı. Növbəti oyun daha yaxşı olacağına inanıram".

- Cinahda oynamaq öz istəyin idi, yoxsa baş məşqçinin seçimi? Düşünmürsən ki, hücumda oynasan komandan üçün daha çox faydalı ola bilərsən?

- Məşqçinin qərardır, amma mənə yad mövqe deyil. Daha yaxşısını baş məşqçimiz bilər.

- Oyundan sonra baş məşqçi ilə hər hansısa söhbətin oldu?

- Dünən axşam taktiki anlamda bir az söhbət etdik. Orta oyunçularımız hücumlara qoşulmaqda bir az axsayırdı. Bu gün səhər taktiki məşqimiz oldu. Növbəti oyun daha yaxşısına ümid edirik.

- Bəs rəhbərlikdən səni axtaran oldu?

- Oyundan sonra komandamızın təmsil olunduğu şəhərin icra nümayəndəsi mənə yazmışdı ki, "niyə uduzduz?"

- Belə bir zəng gözlənilməz olmadı?

- İlk dəfədi belə halla üzləşirəm. Məşqçi qalıb qıraqda, hamı iradını mənə bildirir. Çox şey gözlədiklərin başa düşürəm. Yəni çempionluqdan başqa heç nə düşünmürük.