İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

Həvəskar Liqada AHFF-nin birinciliyinin 1-ci turu çərçivəsində keçirilən “Ərkivan” FK (Masallı) – “Şirvan” FK oyununda “Şirvan” FK (Şirvan) komandasının heyətində 15 nömrəli futbolçu Taleh Fətəliyev qarşılaşmanın 88-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi, baş hakimi vurmağa cəhd etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 5 oyun cəzalandırılıb.

“Ərkivan” FK (Masallı) – “Şirvan” FK oyununda 2-ci hissənin əlavə vaxtında “Ərkivan” (Masallı) FK komandasının azarkeşləri hakimlər briqadasını vurmağa cəhd etdiyinə görə “Ərkivan” (Masallı) komandasının növbəti 3 oyunu azarkeşsiz keçiriləcək.

AHFF-nin birinciliyinin 1-ci turu çərçivəsində keçirilən “Lokomotiv” (Bakı) - “Balaxanı” FK oyununda yerli “Lokomotiv” komandası oyunu həkim personalı ilə təmin etmədiyinə görə oyun baş tutmadığı üçün “Lokomotiv” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK yarımfinal oyununda “Dinamo” (Balakən) komandası qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydançaya buraxdığına görə “Dinamo” (Balakən) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.