Naxçıvan MR Babək rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə basketbol üzrə yoldaşlıq görüşü keçirilib.

Rekord.az xəbər verir ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş dostluq matçında Nehrəm qəsəbə 1 və 3 nömrəli məktəblərin oğlanlardan ibarət komandaları üz-üzə gəlib.

Görüş meydan sahibi komandanın qələbəsi ilə yekunlaşıb. Sonda hər iki komanda diplom və fəxri fərmanla ilə təltif edilib.