Avstraliyalı basketbolçu Liz Kembridc 23 iyul-8 avqust tarixlərində keçiriləcək Olimpiya Oyunlarına qatılmayacaq.

Rekord.az xəbər verir ki, o, imtina etməsinin səbəbini qeyri-sabit psixoloji vəziyyəti ilə əlaqələndirib.

“Son bir ayda həyəcandan nə yata, nə də yeyə bilmişəm. Özümü bilirəm. Hamının Avstraliya heyətində görməsinə layiq olan Liz ola bilmərəm. Ən azından hələ ki”, - deyə 203 sm-lik nəhəng basketbolçu “Instagram” hesabında yazıb.

İdmançı postun altında rəy bölməsini bağlayıb.

O, həyatdakı ən böyük xəyallarından birinin əsas beynəlxalq startda qızıl medal qazanmaq olduğunu da qeyd edib. Ancaq psixoloji və fiziki vəziyyəti buna imkan vermir.

29 yaşlı basketbolçu öz qərarına görə “ürəyinin parçaladığını” deyir. Lakin komandasını pis vəziyyətdə qoymaq istəmir.