"Çox xoşbəxtəm, uzun müddətdən sonra öz oyunumu tapdım".

Rekord.az xəbər verir ki, bunu "Qalatasaray"ın forvardı Mbaye Diaqne Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Seneqallı hücumçu dubl etdiyi qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Əzmkar işin qarşılığını gec-tez alırsan. Artıq qarşıdakı matçı düşünəcəyik. İnanıram ki, qələbə qazanacağıq".

Maqaye Diaqne "Neftçi"ni 3:1 hesabı ilə yendikləri matçın 19-cu və 63-cü dəqiqələrində fərqlənib. "Ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" III raundda Xorvatiyanı "Hayduk" (Split) klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq.