
“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşdi
- 24 İyl 2025 16:15
- 81
"Neftçi" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Vitali Stepanovskiyə tapşırılıb.
Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Krayova” (Rumıniya) komandalarını və ölkəsinin millisini çalışdırıb. Sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olub. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.
Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.