
“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!
- 13 May 2025 19:40
- 38
Misli Premyer Liqasının 35-ci turu çərçivəsində mayın 18-i saat 17:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold”) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftci-pfk-sebail-fk-may/155411
“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.