
"Neftçi"nin sabiq qapıçısı vəfat etdi
- 23 İyn 2023 13:41
- 342
"Neftçi" klubunun rusiyalı sabiq futbolçusu Yuri Pereskokov dünyasını dəyişib.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, keçmiş qapıçı 60 yaşında vəfat edib.
Xatırladaq ki, Yuri Pereskokov 1987-ci ildə Bakı təmsilçisinin formasını geyinib. O, son olaraq 2021-ci ildə ölkəsində "Arsenal" (Tula) klubunda qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirib. Pereskokov 2003-2007-ci illərdə Moskva "Spartak"ında da işləyib.