"Neftçi”nin legioneri Ataa Caber Fələstin millisində debüt edib.

Rekord.az xəbər verir ki, o, İndoneziyaya qarşı yoldaşlıq matçında oynayıb.

28 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub. Görüş 0:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, Ataa ötən ilin yayından "Neftçi"də oynayır. İsrailin U-21 millisinin sabiq kapitanı bu ay Fələstin vətəndaşlığı alıb.