
“Neftçi”nin futbolçusu Kipr klubuna keçir?
- 30 Dek 2022 16:00
- 576
“Neftçi”nin futbolçusu Gilyerme Pato karyerasını Kiprdə davam etdirə bilər.
Rekord.az “sportime.sigmalive.com” saytına istinadən xəbər verir ki, adıçəkilən ölkənin bir neçə klubu braziliyalının transferində maraqlıdır.
“Neftçi” 21 yaşlı hücumameyilli futbolçunu qış fasiləsində icarəyə verməyi planlaşdırır. Pato eyni zamanda, “Qəbələ”nin də transfer gündəmində yer alır.
Gilyerme Patonun “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.