
“Neftçi”nin futbolçusu Gürcüstan millisinə dəvət aldı
- 14 Noy 2022 21:00
- 340
“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət olunub.
Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçu millinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
Gürcüstan yığması toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.
Kvirkveliya Gürcüstan millisinin heyətində 46 oyun keçirib.