"Neftçi"nin aparıcı futbolçularından olan Kenni Sayefə Avropadan təklif var.

Rekord.az xəbər verir ki, İsrail və Rumıniyanın yüksək liqasında oynayan bir neçə klub onun xidmətində maraqlıdır.

Özü də ciddi şəkildə. Onların qış transfer pəncərsində "Neftçi"yə rəsmi müraciət ünvanlayacağı istisna olunmur. 

Qeyd edək ki, 28 yaşlı Sayef daha öncə İsrailin “Bney Saxin” və “Hapoel Hayfa” klubarında, o cümlədən, İsrail millisində forma geyinib.