Qeyri-stabil nəticələrlə diqqət çəkən “Neftçi” mövsümün sonunda heyətində bir sıra dəyişikliklər edəcək.

Rekord.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, son çempionun yayda yola salacağı oyunçulardan biri də Mirabdulla Abbasov olacaq.

27 yaşlı forvardın müqavilə müddəti gələn ilin yayına qədər olsa da, klub rəhbərliyi və məşqçilər korpusu onun qalmasında maraqlı deyil.

Milli komandamızın üzvünün yeni komandası da artıq müəyyənləşmək üzrədir. Onun gələn mövsümdən bölgə təmsilçisində çıxışı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, Mirabdulla “Keşlə” ilə anlaşmağa yaxındır. Bu aydan “Şamaxı” adı altında çıxış etməsi və ev oyunlarını Şamaxıda keçirməsi gözlənilən klub rəhbərliyi Abbasovla danışıq aparır.

Onun “Neftçi”dən icarə, yoxsa transfer vərəqəsi ilə ayrılması danışıqların gedişindən asılı olacaq.

“Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov Premyer Liqada “Sumqayıt” və “Səbail”in də formasını geyinib.