“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan kubokunun “Qəbələ” ilə keçiriləcək final matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.

Rekord.az xəbər verir ki, o, "ağ-qaralar"dan ayrılmaq haqda düşünmədiyini söyləyib:

“Yaxşı komandaya qarşı oynayacağıq. Topla yaxşı oynayırlar. Çalışacağıq ki, oyunumuzu göstərərək qələbə qazanaq. Hamı qələbə qazanmaq istəyir. Məncə, hər iki komandaya qarşı eyni təzyiq olacaq.

Açığı, komandadan ayrılmağım haqda düşünməmişəm. Bütün diqqətimi sabahkı matça yönəltmişəm. Əsas məqsəd kuboku qazanmaqdır. Qərarımı "Neftçi" rəhbərliyimə gələcəkdə deyə bilərəm".

Ölkə kubokunun həlledici qarşılaşması iyunun 3-də, “Bakcell Arena”da baş tutacaq.