Konfrans Liqasında mübarizəni erkən başa vuran "Qəbələ" heyəti gücləndirmək yollarında axtarışlarını dayandırmayıb.

Rekord.az xəbər verir ki, bölgə klubu tanış hücumçu - Ramon Maçadonu heyətinə qatıb.

Arxada qalan mövsümü "Neftçi"də keçirən braziliyalı legionerlə uzun müddət davam edən danışqlar sonda müsbət nəticələnib.

31 yaşlı forvard son mövsüm "Neftçi"nin heyətində meydana çıxdığı 28 matçda 7 qol və 5 asistlə yadda qalıb. “Sambaçı” əyalət təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. (sportinfo.az)