"Qəbələ" ilə matçdan sonra "Neftçi" azarkeşlərinə qarşı hörmətsizlik edən Azər Əliyev sən demə klubda ən çox maaş alan 2-3 futbolçudan biri imiş.

Rekord.az xəbər verir ki, onun aylıq maaşı 22 min dollardı.

Qeyd edək ki, "Qəbələ" ilə 0:0 başa çatam matçdan sonra "Neftçi"nin mətbuat katibi meydançaya düşərək futbolçulara azarkeşlər olan tribunaya getməyi və onlara təşəkkür etməyi təklif etmişdi. Bu zaman Azər klub rəsmisinin sözünə əhəmiyyət verməyərək soyunub-geyinmə otağına yollanmışdı.