"Neftçi"nin prezidenti Kamran Quliyevdir. Ceyhun Sultanov idman direktoru, Elnur Eyvazov isə prezidentdən sonra ikinci şəxs sayılır. Lakin vəzifə bölgüsünə görə Eyvazov transferlərə və oyunçu seçiminə qarışa bilməz. Bu məsələdə daha çox söz sahibi Ceyhun Sultanovdur.


Lakin Rekord.az-a daxil olan məlumata görə, hər şey kağız üzərində belədir.


Eyvazov klubda özünü prezident kimi aparır. Həm transferlərə qarışır, həm maliyyəyə nəzarət edir, eyni zamanda stadionun və bazanın texniki işçilərinə də yeri gəldi-gəlmədi göstərişlər verir.