"Neftçi" klubunun Bakıxanovdakı yeni bazasının tam tikintisi 2022-ci ilin sonunda başa çatacaq.

Rekord.az xəbər verir ki, bundan sonra bütün aşağı yaş qruplarından ibarət komandalar burada məskunlaşacaq.

Rəhbərlik başqa bölgələrdən istedadlı uşaqların akademiyaya cəlbini də nəzərdə tutub. Lakin bunun üçün akademiyanın ərazisində yataqxana da tikilməlidir ki, aldığımız son məlumata görə, artıq bu işlərə də başlanılıb.