2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında çıxış edəcək komandalar hazırlıqlarını davam etdirirlər.

Rekord.az xəbər verir ki, "Neftçi" Xaçmaz təmsilçisi NTD-INDIGO ilə yoxlama görüşü keçirib.

Azərbaycan Texniki Universitetinin idman zalındakı qarşılaşma paytaxt klubunun 98:90 hesablı qələbəsi ilə başa çatıb.

NTD-INDIGO ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medal qazanıb.