Azərbaycan millisinin və “Visla”nın müdafiəçisi Anton Krivotsyuk yenidən ölkəmizə qayıda bilər. 

Rekord.az xəbər verir ki, Premyer Liqanın 2 klubu 24 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. 

“Neftçi” və “Sabah” Plotsk təmsilçisi ilə 2024-cü il iyunun 30-na qədər müqaviləsi olan yığmamızın futbolçusu ilə güclənməyi hədəfləyib. Lakin Krivotsyukun hansı qərarı verəcəyi qış fasiləsində bəlli olacaq. 

Milli üzvü bu mövsüm Polşa çempionatında 17 turda 8 görüşə çıxıb və 1 qol vurub. (apasport.az)