"Neftçi TV” bu gün test yayıma başlayır. İlk efir vaxtı saat 12:00-da start götürüb. Hər gün saat 12:00-dan 16:00-dək "Youtube” vasitəsilə yayım olacaq.


Qeyd edək ki, "Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də "Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunlarından canlı yayımlar, həmçinin müxtəlif verilişlər də olacaq.


"Neftçi TV”: https://www.youtube.com/user/PfkNeftchi